Təbabətdə bir ixtisas sahəsi olan dermatovenerologiyanın iki qanadı vardır. Dermatologiya və venerologiya. Dermatoloq dərinin, selikli qişanın, dırnaq və saç xəstəliklərinin müalicəsiylə məşqul olduğu halda, veneroloq cinsi yolla keçən zöhrəvi xəstəliklərin müalicəsiylə məşqul olur. Əslində bu iki ixtisas sahəsini tədqiq və tədbiq edən eyni həkim olur. Bu cür ixtisas həkimlərinə “dermatoveneroloq”, “dermatoloq və veneroloq” və yaxud “dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi” deyilir. Bu mütəxəssislər cinsi təmasdan sonra həm qadının, həm də kişilərin tənasül orqanlarında yaranan axıntı, göynəmə, yanma, batma, suluqlanma, qızarma, qaşıntı, qabıqlanma və s. kimi əlamətlərə səbəb olan zöhrəvi xəstəliklərin müalicə və profilaktikasını aparırlar.
–
Bəzən yuxarıda sadalanan əlamətlər olmadan da təsadüfü qan analizlərindən və ya evlilik öncəsi testlərdən sonra cinsi yolla yoluxan xəstəliklər yəni STI (sexually transmitted disease) aşkarlana bilər. Zöhrəvi xəstəliklər sadəcə genital deyilən cinsiyyət bölgəsində yaranmır. Bir çox veneroloji xəstəliklər dəridə, selikli qişalarda, saçlarda və dırnaqlarda da müxtəlif dəyişikliklər verir. Peşəkar dermatoloqlar bu dəyişiklərdən çıxış edərək pasiyentdə STI aşkarlaya bilər. Veneroloji xəstəliklərin müalicəsində antibiotiklər, antivirallar, antifunqallar, kremlər, məhlullar və krioterpiyadan istifadə edilə bilər. Bəzi xəstəliklər tam sağalan lakin yenidən yoluxma göstərə bilən xəstəliklərdir, bəziləri isə xroniki xarakter dəyişir.
-
Veneraloqia – Dermatalogiyanın cinsi yolla keçəninfeksion xəstəliklərini öyrənən sahəsidir. HİV/QİÇS, sifilis, gonoreya, xlamidiya, genital herpes və cinsi əlaqə yolu ilə keçən bir çox digər xəstəliklərin diaqnostikası, müalicəsi öyrənilir. Fərdlərin təhlükəsiz cinsi təcrübələr haqqında maarifləndirilməsində və CYBH haqqında məlumatlılığın artırılmasında mühüm rol oynayırlar. Qeyd edək ki, “venerologiya” termini bu gün o qədər də geniş istifadə olunmur və bu sahə tez-tez müasir tibbi terminologiyada “cinsi sağlamlıq” və ya “cinsi yolla ötürülən infeksiyaların (CYBH) idarə edilməsi” kimi adlandırılır.
–
Dermatoloq əgər partnyorladan birisi zöhrəvi xəstəliyə yoluxarsa mütləq digəri də müvafiq müayinələrdən keçməli və müalicələr almalıdır. Xəstəliyin kəskin vaxtında və müalicə sırasında adətən cinsi əlaqədən uzaq qalmaq məsləhət edilir. Genital bölgədə yaranan problemlər hər zaman veneroloji problemlərlə bağlı olmur. Cinsi yolla yoluxmayan başqa dəri xəstəlikləri də genital bölgədə yarana bilər. Onlar da eyni qaydada axıntı, göynəmə, yanma, batma, suluqlanma, qızartı, qaşıntı, qabıqlanma və s. kimi əlamətlər verə bilər. Bunları bir birindən yalnız peşəkar dermatoveneroloq fərqləndirə bilər.